Sabirabad Sənaye Məhəlləsində yerləşən istehsalat kompleksimiz, regionun ən müasir sənaye obyektlərindən biridir. Türkiyə, Almaniya və İtaliya texnologiyaları ilə təchiz olunmuş zavod, xam pambığın qəbulu, emalı və çeşidlənməsi proseslərini tam avtomatlaşdırılmış rejimdə həyata keçirir. Yüksək istehsal gücünə malik müəssisəmiz beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, yerli xammalı yüksək keyfiyyətli sənaye məhsuluna çevirir.